28 oktyabr 2024. Bazar ertəsi

Bavariya Mane üçün Liverpul'la anlaşdı


  • Transfer
  • 13:52 17.06.2022
  • Oxunma sayı: 102
Bavariya Mane üçün Liverpul'la anlaşdı

Almaniyanın "Bavariya" klubu İngiltərənin "Liverpul" klubunun futbolçusu Sadio Manenin keçidini həll edib.

Corner.az-ın "Sky Sports"a istinadən məlumatına görə, Münhen təmsilçisi 30 yaşlı yarımmüdafiəçinin transferi üçün tələb olunan 50 milyon avro təzminat məbləğini ödəməyə razılıq verib.

Seneqallı oyunçunun tezliklə "Bavariya" ilə rəsmi müqavilə bağlayacağı gözlənilir.

Qeyd edək ki, Sadio Mane 2016-cı ildən "Liverpul"da çıxış edir. Onun komanda ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.







Transfer