6 aprel 2026. Bazar ertəsi

Səbail afrikalı hücumçu transfer edir


  • Transfer
  • 15:08 17.06.2022
  • Oxunma sayı: 106
Səbail afrikalı hücumçu transfer edir

"Səbail" yay fasiləsində ilk futbolçu transferini gerçəkləşdirməyə yaxındır.

Corner.az-ın məlumatına görə, "dənizçilər" Kiprin "Etnikos" klubunda çıxış edən kot d ivuarlı hücumçu Qoba Zakpa ilə anlaşıb. 30 yaşlı forvardla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

2020-ci ildən "Etnikos"da çıxış edən afrikalı oyunçu 54 matçda 8 qola imza atıb. O, yarımmüdafiə xəttinin cinahlarında da oynaya bilir.

Qeyd edək ki, Qoba Zakpa daha əvvəl Portuqaliyanın "Jil Visente", "Santa Maria" və Fransanın "Epinal" klublarında da çıxış edib.(report)







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi