28 oktyabr 2024. Bazar ertəsi

Bavariya'dan ayrılıb, Lids'ə keçdi


  • Transfer
  • 11:13 18.06.2022
  • Oxunma sayı: 85
Bavariya'dan ayrılıb, Lids'ə keçdi
İngiltərənin “Lids” klubu Almaniya çempionu “Bavariya”nın futbolçusu Mark Rokanı transfer edib. Corner.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
25 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. İngiltərə təmsilçisi bu transfer üçün 12 milyon avro təzminat ödəyib.
 
Roka 2020-ci ildən Münhen klubunda oynayırdı. O, ötən mövsüm bütün turnirlər çərçivəsində 13 matça çıxıb.






Transfer