28 oktyabr 2024. Bazar ertəsi

Neftçi'nin rəqibindən yeni transfer


  • Transfer
  • 11:14 18.06.2022
  • Oxunma sayı: 107
Neftçi'nin rəqibindən yeni transfer
“Neftçi”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Kipr “Aris”i heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Limassol təmsilçisi Mihlali Mayambela ilə anlaşıb.
 
Cənubi Afrika Respublikasından olan 25 yaşlı yarımmmüdafiəçi ilə 2 illik müqavilə imzalanacaq. 2019-cu ildən Portuqaliyanın “Farense” klubunda çıxış edən oyunçu, son illərdə icarə əsasında “Bney Yehuda” və “Akademika” komandalarında da forma geyinib.
 
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab görüşləri iyulun 28-də olacaq.






Transfer