6 aprel 2026. Bazar ertəsi

Bundesliqada klubunu dəyişdi


  • Transfer
  • 21:02 18.06.2022
  • Oxunma sayı: 130
Bundesliqada klubunu dəyişdi
Almaniyanın “Union Berlin” klubu heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Bayer”in qapıçısı Lennart Qrilli icarəyə götürüb.
 
Bu barədə Berlin təmsilçisinin rəsmi saytı məlumat yayıb. 23 yaşlı qolkiper 2022/23 mövsümünün sonuna kimi “Union Berlin”in uğurları üçün çalışacaq.
 
Lennart Qrill “Kayzerslautern” klubunun yetirməsidir. Peşəkar karyerasına da məhz bu komandada başlamış almaniyalı qolkiper, 2020-ci ildə “Bayer”ə transfer olunub. Lakin o, Leverkuzen klubunda əsas heyət üzvünə çevrilə bilməyib. Bu üzdən futbolçu ötən mövsümü icarə əsasında Norveçin “Brann” klubunda keçirib.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi