6 aprel 2026. Bazar ertəsi

Millinin sabiq baş məşqçisi üçün Qalatasaray iddiası


  • Transfer
  • 23:11 18.06.2022
  • Oxunma sayı: 113
Millinin sabiq baş məşqçisi üçün Qalatasaray iddiası

İtaliya milli komandasının sabiq baş məşqçisi Roberto Donadoni “Qalatasaray”ı çalışdıra bilər.

Corner.az “Sky Sport Italia”ya istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis İstanbul klubu ilə danışıqlar aparmaq üçün artıq Türkiyəyə gəlib.

R.Donadoni 11 avqust 2020-ci ildən bu yana işsizdir.

“Bolonya”, “Livorno”, “Cenoa”, “Napoli”, “Kalyari” və “Parma” kimi klubları çalışdırıb. 2006-2008-ci illərdə R.Donadoni İtaliya millisinə rəhbərlik edib.

Qeyd edək ki, “Qalatasaray”da uğursuz mövsümdən sonra rəhbərlik seçimə gedib. Belə ki, "sarı-qırmızılar"da prezident seçkiləri keçirilib və bu seçkilərdə Dursun Özbək qalib gəlib.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi