- Transfer
- 00:11 06.04.2026
İngiltərənin "Liverpul" klubu futbolçusu Məhəmməd Salahla yollarını ayıra bilər.
Corner.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar dayandırılıb və razılıq əldə olunmayıb.
İddiaya görə, Mersisayd təmsilçisi 1 illik sözləşməsi olan misirli hücumçu ilə 2023-cü ilin yayında azad agent kimi ayrılmağa hazırdır. "Qırmızı-qaralar"ın rəhbərliyi 30 yaşlı futbolçunun bu qərarının yeni mövsümdəki çıxışına təsir etməyəcəyi hesab edir.
Qeyd edək ki, Məhəmməd Salah ötən mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 51 oyuna çıxıb. O, 31 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.