6 aprel 2026. Bazar ertəsi

Real'ın futbolçusu İngiltərə nəhəginə keçir


  • Transfer
  • 14:26 19.06.2022
  • Oxunma sayı: 131
Real'ın futbolçusu İngiltərə nəhəginə keçir

 İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Marko Asensio karyerasını İngiltərədə davam etdirə bilər.

Corner.az "AS" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" klubu 26 yaşlı futbolçu ilə yaxından maraqlanır. Mersisayd təmsilçisinin hətta ispaniyalı futbolçu ilə danışıqlara başladığı da vurğulanıb.

Mənbənin iddiasına görə, İngiltərə klubu Asensionu “Liverpul”dan ayrılmağa yaxın olan hücumçu Sadio Manenin əvəzləyicisi kimi düşünür. Asensionun özü daimi oyun zəmanəti verildiyi kluba keçməyə müsbət yanaşır.

Qeyd edək ki, Asensionun hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır. Mətbuatda yayılan xəbərlərə görə, “Real Madrid”in təklif etdiyi şərtlər yarımmüdafiəçiyə uyğun gəlmir və gələn yay o, Madrid klubunu azad agent statusu altında tərk edə bilər.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi