Argentinalı yarımmüdafiəçi Anxel Di Maria “Yuventus”la müqavilə imzalayacaq. Corner.az xəbər verir ki, 34 yaşlı futbolçu Turin təmsilçisinin rəhbərliyinə cavabını sabah verəcəyini bildirib.
Təcrübəli futbolçu ilə “Barselona” da yaxından maraqlanırdı.
Di Maria 2015-ci ilin yayından PSJ-də çıxış edirdi. O, ötən mövsüm PSJ-nin heyətində Fransa Liqa 1-də 26 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.