13 may 2026. Çərşənbə

Qəbələ legioneri ilə yollarını ayırdı


  • Transfer
  • 22:27 19.06.2022
  • Oxunma sayı: 89
Qəbələ legioneri ilə yollarını ayırdı

"Qəbələ" futbolçusu Fernan Lopeslə yollarını ayırıb.

Corner.az xəbər verir ki, bu barədə klubun prezidenti Fariz Nəcəfov məlumat verib.

O bildirib ki, ispaniyalı hücumçu ailə vəziyyətinə görə əyalət təmsilçisinə qayıtmaq istəməyib: "Stefan Vukçeviçlə bağlı məsələ isə açıq olaraq qalır".

Qeyd edək ki, Fernan Lopes ötən ilin oktyabrında "Qəbələ" ilə müqavilə bağlamışdı. 27 yaşlı futbolçu daha əvvəl 2019/2020 mövsümündə də Qəbələ"nin formasını geyinib.(report)







Transfer