28 oktyabr 2024. Bazar ertəsi

Real Vinisiusla müqaviləni uzatdı


  • Transfer
  • 11:37 20.06.2022
  • Oxunma sayı: 87
Real Vinisiusla müqaviləni uzatdı

İspaniya "Real Madrid"i futbolçusu Vinisius Jurniorla müqavilənin müddətini uzadıb.

Corner.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter hesabında paylaşım edib.

O, braziliyalı hücumçu ilə 4 illik sözləşmə imzalandığını bildirib. "Kral klubu" 21 yaşlı futbolçuya 1 milyard avro təzminat qiyməti qoyub.

Qeyd edək ki, Vinisuis Junior bu mövsüm "Real Madrid"in heyətində 52 oyun keçirib. "Sambaçı" bu matçlarda 22 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer