31 iyul 2026. Cümə

Real yeni futbolçusunu təqdim etdi


  • Transfer
  • 10:38 21.06.2022
  • Oxunma sayı: 123
Real yeni futbolçusunu təqdim etdi
“Real” klubu yeni transferi Antonio Rüdigeri təqdim edib. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Almaniya millisinin üzvü bu gün Madriddə tibbi müayinədən keçib.
 
Təcrübəli müdafiəçi yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.
 
Rüdiger “Real”da 22 nömrəli formanı geyinəcək. Ondan əvvəl Madrid təmsilçisində bu formanı İsko geyinirdi.






Transfer