6 aprel 2026. Bazar ertəsi

Krivbas'dan Ukrayna klublarına çağırış


  • Transfer
  • 10:44 21.06.2022
  • Oxunma sayı: 109
Krivbas'dan Ukrayna klublarına çağırış
“Krivbas” klubu futbol üzrə Ukrayna Premyer Liqasının (UPL) komandalarını ölkə çempionatını keçirməyə çağırıb. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Krivbas” UPL-in bütün üzvlərinə, menecerlərə və klub sahiblərinə müraciət edib:
 
“Sizdən 2022/23 mövsümünün yalnız Ukraynada keçirilməsi variantını dəstəkləməyinizi xahiş edirik! Nə mənəvi baxımdan, nə də idman prinsipi baxımından başqa variant yoxdur. Biz hər şeyi etməliyik ki, hər bir kluba bərabər şərait yaradılsın! Ukrayna futbolunun gələcəyini unutmaq olmaz. Biz gələcəkdə bütün Ukrayna futbolunu itirmək riskini daşıyırıq”.
 
İyunun əvvəlində Ukrayna dövləti avqust ayında futbol üzrə ölkə çempionatını bərpa etmək qərarına gəlib.
 
2021/22 mövsümünün nəticələrinə görə, “Krivbas” birinci liqada ikinci yeri tutaraq Premyer Liqaya yüksəlib.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi