28 oktyabr 2024. Bazar ertəsi

Uels millisi Giqqzlə yollarını ayırdı


  • Transfer
  • 10:56 21.06.2022
  • Oxunma sayı: 80
Uels millisi Giqqzlə yollarını ayırdı

Rayan Giqqz Uels milli komandasının baş məşqçi postundan ayrılıb.

Corner.az-ın məlumatına görə, Uels Futbol Assosiasiyası (FAW) 49 yaşlı mütəxəssisin iyunun 20-də verdiyi müvafiq açıqlamanı təsdiqləyib.

FAW Giqqzin qərarının ölkə futbolunun maraqlarına cavab verdiyini bildirib. Qurum hazırda milli komandanın bütün diqqətinin Qətərdə keçiriləcək dünya çempionatına yönəldiyini vurğulayıb. Mundial 21 noyabr - 18 dekabrda təşkil olunacaq.

Qeyd edək ki, Rayan Giqqz 2020-ci ilin noyabrında keçmiş sevgilisinə hücumda ittiham olunub. Məsələ ilə bağlı araşdırmalar tezliklə başlamalıdır.







Transfer