4 oktyabr 2026. Bazar günü

Qarabağ və Neftçi'nin sabiq üzvü Kəpəz'də


  • Transfer
  • 12:00 21.06.2022
  • Oxunma sayı: 130
Qarabağ və Neftçi'nin sabiq üzvü Kəpəz'də
“Kəpəz” heyətinə daha bir futbolçu cəlb edib. Corner.az xəbər verir ki, Gəncə təmsilçisi "Qarabağ" və "Neftçi"nin sabiq üzvü Elvin Yunuszadəni transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
 
“Neftçi", “Simurq”, "Qarabağ", "Sabah", "Səbail", Şimali Makedoniyada "Şkupi", Bosniya və Herseqovinada "Çelik"də çıxış edən futbolçunun son iş yeri "Şamaxı" olub. Elvin Azərbaycan yığmasında da forma geyinib.






Transfer