28 oktyabr 2024. Bazar ertəsi

Qarabağ'ın rəqibi portuqaliyalı futbolçu ilə anlaşdı


  • Transfer
  • 12:48 21.06.2022
  • Oxunma sayı: 103
Qarabağ'ın rəqibi portuqaliyalı futbolçu ilə anlaşdı

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Polşa "Lex"i yeni futbolçu ilə anlaşıb.

Corner.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində yazıb.

O, Poznan təmsilçisinin Portuqaliyanın "Belenenseş" klubunun hücumameylli yarımmüdafiəçisi Afonsu Souza ilə şəxsi müqavilənin detallarını razılışdırdığını bildirib. Rəsmi sözləşmənin yaxın günlərdə imzalanacağı bildirilib.

Qeyd edək ki, "Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.







Transfer