6 aprel 2026. Bazar ertəsi

Neftçi'nin anlaşdığı baş məşqçi Ukrayna klubu ilə müqavilə bağladı


  • Transfer
  • 12:56 21.06.2022
  • Oxunma sayı: 120
Neftçi'nin anlaşdığı baş məşqçi Ukrayna klubu ilə müqavilə bağladı

"Neftçi"nin baş məşqçisi postuna əsas namizəd olan ukraynalı mütəxəssis Yuri Vernidub ölkəsinin "Krivbass" komandasını çalışdıracaq.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, Krivoy Roq təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. 56 yaşlı baş məşqçi ordu sıralarında da xidmətini davam etdirəcək.

"Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmri ilə Yuri Vernidub hərbi xidmətin növbəti dövrünü keçmək üçün Krivoy Roq şəhərinə - "Krivbas"ın yerləşdiyi yerə göndərilib. Bu, ona və köməkçilərinə əmək qanunvericiliyinə riayət etməklə, asudə vaxtlarında idmançıların yarışlara hazırlanmasında kömək edəcək", - klubun açıqlamasında bildirilib.

Qeyd edək ki, "Neftçi" Yuri Vernidubla razılıq əldə etmişdi. Lakin ukraynlı mütəxəssis ölkəsini tərk edə bilmədiyi üçün təyinat gerçəkləşməyib.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi