28 oktyabr 2024. Bazar ertəsi

Neftçi millinin sabiq futbolçusu ilə maraqlanır


  • Transfer
  • 16:29 21.06.2022
  • Oxunma sayı: 110
Neftçi millinin sabiq futbolçusu ilə maraqlanır

"Neftçi" İsrailin "Aşdod" klubu ilə müqaviləsi başa çatan Ataa Caberlə maraqlanır.

Corner.az-ın məlumatına görə, 28 yaşlı futbolçu agentlər vasitəsilə "ağ-qaralar"a təklif olunub.

Təcrübəli yarımmüdafiəçinin məsələsinə Bakı klubunun yeni baş məşqçisi bəlli olduqdan sonra aydınlıq gələcək.

Qeyd edək ki, "Aşdod"un heyətində 30 oyuna 2 qol vuran Ataa Caber daha əvvəl Hayfa "Makkabi"si və "Bney-Saxnin" klubunda da çıxış edib. O, 2015 - 2017-ci illərdə İsrailin U-21 yığmasının da formasını geyinib.







Transfer