4 iyul 2026. Şənbə

Ozan Tufan İngiltərə klubunda


  • Transfer
  • 19:24 21.06.2022
  • Oxunma sayı: 147
Ozan Tufan İngiltərə klubunda
Türkiyə millisinin üzvü Ozan Tufan karyerasını “Hall Siti”də davam etdirə bilər. Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi İngiltərənin Çempionşip təmsilçisi ilə razılığa gəlib. 
 
Ozanla 2 və ya 3 illik müqavilə imzalanacaq. Onun bu həftə sonunda klubun düşərgəsinə qoşulacağı gözlənilir.
 
Müqavilə ilə “Fənərbaxça”ya məxsus olan Tufan ötən mövsüm icarə əsasında “Uotford”da oynayıb.
 
“Hall Siti”nin sahibi “TV 8” kanalının rəhbəri Acun Ilıcalıdır.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır