İngiltərənin “Arsenal” klubu növbəti transferini rəsmiləşdirib. Corner.az xəbər verir ki, London təmsilçisi Portuqaliyanın “Portu” klubunun yarımmüdafiəçisi Fabio Vieyranı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
“Topçular” bu transfer üçün Portuqaliya təmsilçisinə 40 milyon avro ödəyəcək. Daha 5 milyon avro isə bonuslar şəklində veriləcək.