- Transfer
- 00:12 29.11.2024
Moldovanın "Şerif" klubunun yeni baş məşqçisi bəlli olub
Corner.az-ın məlumatına görə, klub xorvat mütəxəssis Stepan Tomasla müqavilənin müddəti və şərtlərini açıqlamayıb.
45 yaşlı çalışdırıcı karyerasına 2010-cu ildə başlayıb və daim Türkiyədə çalışıb. O, 2019-cu ildən baş məşqçi funksiyalarını yerinə yetirir. Mütəxəssisin son iş yeri "Göztəpə" olub.
Qeyd edək ki, iyunun 8-də "Şerif" ukraynalı baş məşqçi Yuri Vernidubla yollarını ayırıb. Bundan sonra vakant vəzifəyə belaruslu Viktor Qonçarenko və rusiyalı Mixail Qalaktionovun namizəd olduğuna dair xəbərlər yayılıb. Vernidub və Qonçarenko həm də "Neftçi"nin baş məşqçi postuna namizəd göstərilib. Lakin sonda "ağ-qaralar" Laurentsiu Regekampf ilə 2 illik müqavilə bağlayıb.