28 oktyabr 2024. Bazar ertəsi

Patrik Andradedən Qarabağ'a vida mesajı


  • Transfer
  • 12:27 22.06.2022
  • Oxunma sayı: 98
Patrik Andradedən Qarabağ'a vida mesajı

"Qarabağ"dan ayrılan kabo-verdeli futbolçu Patrik Andrade vida paylaşımı edib.

Corner.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi şəxsi "İnstaqram" səhifəsində komandada yaşadıqlarına və xoşbəxt olmaq üçün əldə etdiyi imkanlara görə Ağdam klubuna təşəkkür edib.

"Bu iki il ərzində məni necə qarşıladıqlarına, öyrəndiyim, inkişaf etdiyim və qazandığım hər şeyə görə bütün komanda yoldaşlarıma, klubun əməkdaşlarıma və azarkeşlərə minnətdaram. Təşəkkürlər, "Qarabağ" ailəsi. Sizə azarkeşlik etməyə davam edəcəyəm", - deyə o vurğulayıb.

Qeyd edək ki, Patrik Andradenin Serbiyanın "Partizan" klubuna keçəcəyi gözlənilir.







Transfer