4 iyul 2026. Şənbə

Yeni baş məşqçi Neftçi'də nə qədər qazanacaq?


  • Transfer
  • 12:28 22.06.2022
  • Oxunma sayı: 119
Yeni baş məşqçi Neftçi'də nə qədər qazanacaq?

"Neftçi"nin yeni baş məşqçisi Laurentsiu Regekampfın alacağı əmək haqqının məbləği müəyyənləşib.

Corner.az-n "Prosport"a istinadən məlumatına görə, rumıniyalı mütəxəssis bir mövsümünə 480 000 avro qazanacaq. Bu isə ayda 40 000 avro deməkdir.

O, "Universitatya Krayova"da ayda 15 000 avro qazanırdı.

Üstəlik, Regekampfa transferlər zamanı sərbəstlik və "Neftçi"ni UEFA Konfrans Liqasının qrupuna çıxaracağı təqdirdə, bonus veriləcək.

Qeyd edək ki, Laurentsiu Regekampf ilə 2 illik müqavilə bağlanılıb.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır