28 oktyabr 2024. Bazar ertəsi

Şamaxı'nın yeni baş məşqçisi bilindi


  • Transfer
  • 12:59 22.06.2022
  • Oxunma sayı: 98
Şamaxı'nın yeni baş məşqçisi bilindi

"Şamaxı" klubunun yeni baş məşqçisi bəlli olub.

Corner.az-ın məlumatına görə, bölgə klubu hazırda Region Liqası təmsilçisi "Cəbrayıl"a rəhbərlik edən Cavid Hüseynova tapşırılıb.

34 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanacaq. Hüseynov bu vəzifədə Rüstəm Əliyevi əvəzləyəcək. Onun təyinatı UEFA Region Kubokunda 2022/2023 mövsümünün ilkin mərhələ oyunlarından sonra gerçəkləşəcək.

Qeyd edək ki, "Cəbrayıl" ötən mövsüm Cavid Hüseynovun başçılığı altında Region Liqasının qalibi olub. Komanda UEFA Region Kubokunun ilkin mərəhələsinin 2-ci qrupunda Belarus təmsilçisi “Kolos” komandası ilə Şamaxıda qarşılaşacaq.(report)







Transfer