- Transfer
- 23:54 22.11.2024
"Manchester City”nin futbolçusu İlkay Gündoğan “Bayern”ə keçməyə yaxındır.
Corner.az məlumat verir ki, klubu ilə yeni müqavilə ilə bağlı razılığa gəlməyən 28 yaşlı yarımmüdafiəçi artıq Münhendədir. Onun Münhendə restoranların birində dostları ilə yemək yeyərkən çəkilən şəkilləri yayılıb.
Qeyd edək ki, türk əsilli almaniyalı futbolçu bu mövsüm “şəhərlilər”in heyətində 29 oyuna çıxaraq 5 qol vurub və 3 məhsuldar ötürmə edib.(qol)