28 oktyabr 2024. Bazar ertəsi

Super Liqa klubunda 2 ayrılıq


  • Transfer
  • 10:35 23.06.2022
  • Oxunma sayı: 91
Super Liqa klubunda 2 ayrılıq
Türkiyənin “Başakşəhər” klubu yarımmüdafiəçisi Tolqa Ciğerci ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə  İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
 
30 yaşlı futbolçunun müddəti bitən müqaviləsi yenilənməyib. Super Liqa təmsilçisi yarımmüdafiəçiyə xidmətlərinə görə təşəkkür edib, bundan sonrakı karyerasında uğurlar arzulayıb.
 
Tolqa Ciğerci 2021-ci ilin əvvəlindən “Başakşəhər”də çıxış edirdi. O, geridə qalan mövsümdə Türkiyə Super Liqası çərçivəsində meydana çıxdığı 32 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Təcrübəli futbolçu daha öncə “Qalatasaray” və “Fənərbaxça”nın da formasını geyinib. O, Super Liqanın və Türkiyə kubokunun qalibi olub. Almaniyanın “Volfsburq”, “Borussiya” (Mönhenqladbax) və “Herta” klublarının uğurları üçün çalışmış yarımmüdafiəçi, Türkiyə millisində də oynayıb.
 
“Başakşəhər” digər futbolçusu Ravil Tagiri də Belçikanın “Vesterlo” klubuna icarəyə verib. İstanbul klubunun yaydığı məlumata görə, 19 yaşlı mərkəz müdafiəçisi qarşıdakı 2 ili Belçika təmsilçisində keçirəcək. “Başakşəhər”lə müqaviləsinin müddəti 2025-ci ilə qədər olan futbolçu, bu komandanın heyətində 14 çempionat, 5 kubok matçına çıxıb.






Transfer