PSJ-nin prezidenti Nasser Əl-Xələfi “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanla danışıqlar apardıqları barədə iddialara münasibət bildirib. Corner.az xəbər verir ki, klub rəhbəri 49 yaşlı çalışdırıcı ilə danışıqlar aparmadıqlarını açıqlayıb:
“Biz Zidanla ümumiyyətlə danışıqlar aparmamışıq. Nə birbaşa, nə də üçüncü şəxslər vasitəsilə əlaqə qurulmayıb. Bir çox klublar, o cümlədən milli komandalar onunla maraqlanır. Amma biz onunla heç vaxt əlaqə saxlamadıq”.
Daha əvvəl fransalı mütəxəssisin PSJ-yə rəhbərlik edə biləcəyi bildirilirsə, sonda Paris klubu “Nitsa”nın çalışdırıcısı Kristof Qaltyeni baş məşqçi postuna təyin etmək qərarına gəlib.