- Transfer
- 23:54 22.11.2024
Yaponiyanın “Saqan Tosu” klubunun futbolçusu Fernando Torres karyerasını Meksikada davam etdirə bilər.
Corner.az “Football Espana”ya istinadən xəbər verir ki, 35 yaşlı hücumçu yayda “Atletiko San-Luis”ə keçəcək.Transferin reallaşmasına səbəb kimi Torresin yetirməsi olduğu Madrid “Atletiko”sunun sahibinin Meksika klubunun səhmdarlarından biri olması göstərilir.
Qeyd edək ki, Torres, İngiltərənin “Liverpool” və “Chelsea”, eləcə də İtaliyanın “Milan” klublarının formalarını geyinib