Almaniyanın “Leypsiq” klubu yarımmüdafiəçisi Kristofer Nkunku ilə müqavilənin müddətini uzadıb. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2026-cı il iyunun 30-na kimi hesablanıb.
Fransalı futbolçu Bundesliqada 2021/2022 mövsümünün ən yaxşı oyunçusu seçilib. O, 34 matçda 20 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.