17 aprel 2026. Cümə

İtaliya klubundan baş məşqçi ilə yeni müqavilə


  • Transfer
  • 10:29 24.06.2022
  • Oxunma sayı: 101
İtaliya klubundan baş məşqçi ilə yeni müqavilə
İtaliyanın “Fiorentina” klubu baş məşqçisi Vinçentso İtalyano ilə müqaviləni yeniləyib. Corner.az xəbər verir ki, 44 yaşlı mütəxəssislə yeni müqavilənin müddəti 2024-cü ilin yayına qədərdir.
 
İtalyano 2021-ci ilin iyun ayından “Fiorentina”nı çalışdırır. Bu mütəxəssisin rəhbərliyi altında A Seriyasında ötən mövsüm 38 oyuna 62 xal toplamış Florensiya klubu, 20 iştirakçı arasında 7-ci yeri tutub və Avropa Konfrans Liqasında iştirak hüququ qazanıb.






Transfer