- Transfer
- 23:59 15.04.2026
Rusiyanın "Arsenal" klubunun əslən azərbaycanlı futbolçusu Ayaz Quliyev karyerasını "Axmat"da davam etdirəcək.
Corner.az xəbər verir ki, bu barədə "Çempionat" nəşri məlumat yayıb.
Moskva "Spartak"ının yetirməsi olan Quliyevin "Arsenal" klubu ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır. "Transfermarkt" ona 700 min avro qiymət qoyub.
26 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Arsenal"ın heyətində 26 oyunda 1 məhsuldar ötürmə edib.
Klub Rusiya Premyer Liqasını sonuncu pillədə başa vurub və "Rubin"lə birlikdə I Liqaya enib.