Türkiyənin “Beşiktaş” klubu Portuqaliyanın “Benfika” klubunun yarımmüdafiəçisi Gedson Fernandesi heyətinə qatıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bu ilin əvvəlində “Beşiktaş”a transfer olunan 23 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanmışdı. Türkiyə klubu Fernandesə görə “Benfika”ya 6 milyon avro ödəmişdi. Futbolçunun gələcəkdəki satışından da qazancın 50 faizi Portuqaliya klubunun olacaq. Lakin həmin vaxt İstanbul klubu portuqaliyalı oyunçunu mövsümün sonuna kimi Türkiyənin digər klubu “Rizəspor”a icarəyə vermişdi. İcarə müddəti bitən futbolçu artıq yeni klubuna gəlib.
Fernandes “Benfika”nın öz yetirməsidir. Portuqaliya yığmasının da üzvü olan vinger, 2020/21 mövsümündə İngiltərənin “Tottenhem”, 2021-ci ildə isə Türkiyənin “Qalatasaray” klublarında icarədə oynayıb.