4 iyul 2026. Şənbə

Qarabağ'dan 1 milyon dollarlıq transfer


  • Transfer
  • 13:17 24.06.2022
  • Oxunma sayı: 190
Qarabağ'dan 1 milyon dollarlıq transfer

"Qarabağ" Braziliyanın "Nautiko" klubunun futbolçusu Rhaldneylə razılığa gəlib.

Corner.az "ne45.com.br" saytına istinadən məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi iyulun 1-dən Ağdam klubuna qoşulacaq.

 "Köhlən atlar" Rhaldney üçün qarşı tərəfə 1 milyon dollara yaxın təzminat ödəyəcəyi bildirilib. Braziliyalı oyunçunun "Nautiko" ilə 2023-cü ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, Raldney indiyədək yalnız Braziliya klublarının uğurları üçün çalışıb.







Transfer