28 oktyabr 2024. Bazar ertəsi

Afrikalı hücumçu Neftçi üçün Bakıya gəldi


  • Transfer
  • 13:21 24.06.2022
  • Oxunma sayı: 158
Afrikalı hücumçu Neftçi üçün Bakıya gəldi

"Neftçi" İsrailin "Makkabi" (Hayfa) klubundan ayrılan futbolçu Qodsvey Donyo ilə danışıqlar aparır.

Corner.az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı hücumçu artıq Bakıdadır. Yaxın zamanlarda qanalı futbolçu ilə rəsmi müqavilə imzalanacağı gözlənilir

İsrail mətbuatı isə artıq tərəflərin münasibətlərini rəsmiləşdirdiyini yazıb.

"Ağ-qaralar" daha əvvəl İsrailin "Aşdod" klubundan yarımmüdafiəçi Ataa Caberi heyətinə qatıb.

Qeyd edək ki, 2013 - 2016-cı illərdə İngiltərənin "Mançester Siti" klubunun U-18 və U-21 komandalarında çıxış etmiş Qodsvey Donyo Danimarkada "Norşellan", Almaniyada "Dinamo" (Drezden) klublarında da forma geyinib. Afrikalı hücumçu ötən mövsüm 41 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer