28 oktyabr 2024. Bazar ertəsi

Neftçi daha bir israilli futbolçu transfer edir


  • Transfer
  • 14:50 24.06.2022
  • Oxunma sayı: 111
Neftçi daha bir israilli futbolçu transfer edir

"Neftçi" Belçikanın "Anderlext" klubundan ayrılan israilli futbolçu Kenni Sayefi heyətinə qatmağa hazırlaşır.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"la müqavilə imzalamaq üçün Bakıya gələcək.

ABŞ və İsrail vətəndaşlığı olan Sayefi son olaraq icarə əsasında İsrailin "Aşdod" klubunda çıxış edib.

Qeyd edək ki, Kenni Sayef daha əvvəl Belçikada "Gent" və "Anderlext"in, həmçinin, ABŞ-da "Tsintsinnati" və Polşada "Lexiya" klubunun formasını geyinib. O, İsrail və ABŞ yığmalarının da şərəfini qoruyub.

"Neftçi" ötən gün "Aşdod"un yarımmüdafiəçisi Ataa Caberlə 2 illik müqavilə imzalayıb.







Transfer