28 oktyabr 2024. Bazar ertəsi

Neftçi'nin rəqibindən növbəti transfer


  • Transfer
  • 16:10 24.06.2022
  • Oxunma sayı: 82
Neftçi'nin rəqibindən növbəti transfer

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Kipr "Aris"i yeni futbolçu transfer edib.

Corner.az-ın məlumatına görə, Limasson klubu slovakiyalı yarımmüdafiəçi Yulius Syokeni heyətinə qatıb. 27 yaşlı oyunçu ilə müqavilənin müddəti bəlli deyil.

Syoke ötən mövsüm İsrailin "Hapoel" (Kiryat Şmona) komandasının heyətində 14 görüşə çıxıb. O, Belarusun "Şaxtyor" (Soliqorsk) klubunda 4 il (2018 - 2021) forma geyinib, 6 qol vurub.

Daha əvvəl "Aris" İspaniya "Marbelya"sının hücumçusu Karlos Espositonu transfer edib. 18 yaşlı ispaniyalı hücumçu ilə də imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də, cavab görüşünü iyulun 28-də evdə keçirəcək.







Transfer