28 oktyabr 2024. Bazar ertəsi

Qalatasaray'ın sabiq futbolçusu yenidən Türkiyədə


  • Transfer
  • 16:12 24.06.2022
  • Oxunma sayı: 102
Qalatasaray'ın sabiq futbolçusu yenidən Türkiyədə
Türkiyənin “Qalatasaray” klubunun sabiq yarımmüdafiəçisi Badu Ndiaye yenidən Super Liqaya qayıdıb. Corner.az xəbər verir ki, “Adana Dəmirspor” klubu 31 yaşlı futbolçunu heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.  Seneqal millisinin üzvü yeni klubu ilə 3 illik müqavilə imzalayıb.
 
Ndiaye ilk dəfə 2015-ci ildə Türkiyəyə gəlib. Onun bu ölkədəki ilk komandası “Osmanlıspor” olub. 2017-2018 mövsümündə “Qalatasaray”da çıxış edən oyunçu, rekord transfer məbləği qarşılığında İngiltərənin “Stok Siti” klubuna transfer olunmuşdu. 2021-ci ilə qədər “Stok Siti”də qalan futbolçu, bu komandada möhkəmlənə bilmədiyi üçün əvvəlcə “Qalatasaray”ın özünə, ardından “Trabzonspor” və “Fatih Karagümrük” klublarına icarəyə verilmişdi. Son olaraq Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Əyn”də icarədə oynayan futbolçu, 2021/22 mövsümünün əvvəlində Yunanıstanın “Aris” komandasına transfer olunmuşdu.






Transfer