28 oktyabr 2024. Bazar ertəsi

Neftçi növbəti transferini açıqladı


  • Transfer
  • 21:25 24.06.2022
  • Oxunma sayı: 91
Neftçi növbəti transferini açıqladı

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az kubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" İsrailin "Makkabi" (Hayfa) klubundan ayrılan hücumçu Qodsvey Donyonun keçidini rəsmiləşdirib.

Qanalı futbolçu ilə 2 il müddətinə müqavilə bağlanıb. 27 yaşlı oyunçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2013 - 2016-cı illərdə İngiltərənin "Mançester Siti" klubunun U-18 və U-21 komandalarında çıxış etmiş 28 yaşlı forvard Danimarkada "Norşellan", Almaniyada "Dinamo" (Drezden) klublarında da forma geyinib. Afrikalı oyunçu ötən mövsüm 41 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bildirək ki, paytaxt klubu daha əvvəl İsrailin "Aşdod" klubundan yarımmüdafiəçi Ataa Caberi heyətinə qatıb.







Transfer