6 aprel 2026. Bazar ertəsi

Qəbələ'nin rəqibindən transfer


  • Transfer
  • 00:28 25.06.2022
  • Oxunma sayı: 109
Qəbələ'nin rəqibindən transfer
"Qəbələ”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Macarıstanın “Fehervar” komandası heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, sözügedən komanda rumıniyalı yarımmüdafiəçi Klaudiu Bumbanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
Rumıniya yığmasında da oynamış futbolçu karyerası ərzində “Baya Mare”, “Tarqu Mureş”, “Hapoel” (Təl-Əviv), “Dinamo” (Buxarest), “Konkordiya”, “Adanaspor” və “Kişvarda” komandalarında forma geyinib.
 
“Qəbələ”nin “Fehervar”la ilk oyunu iyulun 21-də Macarıstanda, cavab görüşü isə ayın 28-də Qəbələdə keçiriləcək.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi