31 iyul 2026. Cümə

Fənərbaxça'dan İngiltərə klubuna


  • Transfer
  • 13:48 26.06.2022
  • Oxunma sayı: 119
Fənərbaxça'dan İngiltərə klubuna
"Fənərbaxça”nın yarımmüdafiəçisi Ozan Tufan karyerasını yenidən İngiltərədə davam etdirəcək. Corner.az xəbər verir ki, 27 yaşlı vinger “Hall Siti” ilə anlaşıb.
 
Bu barədə “Fənərbaxça” və “Hall Siti” klublarının mətbuat xidməti məlumat yayıb. Klublar arasında bütün məsələlərdə razılığa gəlinib. Türkiyə millisinin üzvü bu gün İngiltərəyə yollanıb tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə imza atacaq.
 
Qeyd edək ki, “Hall Siti” Çempionşipdə mübarizə aparır. Bu klubun sahibi türkiyəli Acun Ilıcalıdır.
 
“Bursaspor”un yetirməsi olan Ozan 2015-ci ildən “Fənərbaxça”da çıxış edirdi. O, ötən mövsüm İngiltərənin “Uotford” klubuna icarəyə verilmişdi.






Transfer