28 oktyabr 2024. Bazar ertəsi

15 milyon avro təklif etdilər - Qalatasaray'ın futbolçusu üçün


  • Transfer
  • 16:15 26.06.2022
  • Oxunma sayı: 95
15 milyon avro təklif etdilər - Qalatasaray'ın futbolçusu üçün

"Qalatasaray”ın müdafiəçisi Markao karyerasını Sankt-Peterburq “Zenit”ində davam etdirə bilər.

Corner.az Türkiyənin “Fanatik” nəşrinə istinadən xəbər verir ki, Rusiya klubu 26 yaşlı braziliyalı üçün 15 milyon avro təklif edib. Xəbərdə, “Sevilya”nın daha əvvəl Markaonun transferi üçün 12 milyon avro təklif etdiyi vurğulanıb.

2019-cu ildən “Qalatasaray”da çıxış edən braziliyalı futbolçu İstanbul klubuna “Çaves”dən 4 milyon avroya keçib. Onun Türkiyə klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayına kimidir.

Markao 2021/2022 mövsümündə bütün yarışlar daxil olmaqla 38 matçda iştirak edib və bir qol vurub.







Transfer