28 oktyabr 2024. Bazar ertəsi

Neftçi'nin rəqibi növbəti transferini açıqladı


  • Transfer
  • 18:36 26.06.2022
  • Oxunma sayı: 101
Neftçi'nin rəqibi növbəti transferini açıqladı
"Neftçi”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Kipr “Aris”i heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, Limassol təmsilçisi Mihlali Mayambelanı heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmmüdafiəçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
2019-cu ildən Portuqaliyanın “Farense” klubunda çıxış edən cənubi afrikalı futbolçu, son illərdə icarə əsasında “Bney Yehuda” və “Akademika” komandalarında da forma geyinib.
 
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab görüşləri iyulun 28-də olacaq.






Transfer