20 dekabr 2025. Şənbə

Bavariya Barselona'dan Levandovski üçün bu məbləği istəyir


  • Transfer
  • 10:27 27.06.2022
  • Oxunma sayı: 119
Bavariya Barselona'dan Levandovski üçün bu məbləği istəyir

İspaniyanın "Barselona" və Almaniyanın "Bavariya" klubları 33 yaşlı hücumçu Robert Levandovski ilə bağlı müqavilənin şərtlərində razılığa gələ bilmirlər.

Corner.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

"Bavariya"nın polşalı oyunçu üçün 60 milyon avro tələb etdiyi bildirilir. Lakin Kataloniya klubu futbolçunun yaşını və Münhen təmsilçisi ilə başa çatan müqaviləsini nəzərə alaraq, bu məbləği ödəmək istəmədiyi vurğulanıb.

Qeyd edək ki, Levandovski ilə Fransanın PSJ klubu da maraqlanır.







Transfer