6 aprel 2026. Bazar ertəsi

Vaqner Lav Azərbaycandan təklif alıb


  • Transfer
  • 11:32 27.06.2022
  • Oxunma sayı: 155
Vaqner Lav Azərbaycandan təklif alıb
Futbol üzrə Braziliya millisinin sabiq hücumçusu Vaqner Lav karyerasını Azərbaycanda davam etdirə bilər. Corner.az xəbər verir ki, bu barədə 38 yaşlı hücumçunun agenti Evandro Ferreyra açıqlama verib.
 
Agent, Lavın  Azərbaycan, Türkiyə və Braziliya klubları ilə danışıqlar apardığını bildirib.
 
Son olaraq Danimarkanın “Midtyulland” klubunda çıxış edən Lav Rusiyanın ÇSKA, Fransanın “Monako”, Türkiyənin “Alanyaspor”, “Beşiktaş” və Qazaxıstanın “Kayrat” komandalarında da forma geyinib. Braziliya millisində 25 oyuna çıxmış forvard, 9 qol vurub.
 
Daha əvvəl “Sabah” klubunun braziliyalı forvardla maraqlandığı bildirilmişdi.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi