4 iyul 2026. Şənbə

Neftçi braziliyalı hücumçu ilə yollarını ayırdı


  • Transfer
  • 12:30 27.06.2022
  • Oxunma sayı: 122
Neftçi braziliyalı hücumçu ilə yollarını ayırdı

"Neftçi" klubu futbolçusu Ramon Maçado ilə yollarını ayırıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu ilə başa çatan müqavilə yenilənməyib.

"Ağ-qaralar" 27 yaşlı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2021-ci ilin sentyabrından “Neftçi"də çıxış edən Ramon Maçado paytaxt klubunda 28 oyun keçirib və 7 qol vurub.







Transfer