- Transfer
- 00:12 29.11.2024
"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan İsrailin "Makkabi" (Təl-Əviv) klubu futbolçusu Avi Rikanla müqaviləni yeniləyib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki. 33 yaşlı yarımmüdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb.
Bildirək ki, israilli oyunçu 2015-ci ildən Təl-Əviv təmsilçisində çıxış edir.
Əlavə edək ki, "Zirə" və "Makkabi" arasında ilk görüş iyulun 21-də Bakıda "Dalğa Arena"da oynanılacaq. Qarşılaşma saat 20:00-da start götürəcək. İyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunacaq oyun isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.