İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, London təmsilçisi “Nyu İnqlend Revoluşn"dan qapıçı Matt Törneri transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı qolkiperlə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Törner yeni komandasında 30 nömrəli formanı geyinəcək.
ABŞ milli komandasının üzvü olan Törner, karyerası ərzində “Cersi Ekspress” və “Riçmond Kikkers” klublarının da formasını geyinib. ABŞ millisində 2021-ci ilin yanvarında debüt edən qolkiper yığmada 18 oyun keçirib.