- Transfer
- 00:12 29.11.2024
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan İsrailin "Makkabi" (Tel-Əviv) klubu futbolçusu Parfe Giaqonla müqaviləni yeniləyib.
Corner.az Təl-Əviv təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik sözləşmə imzalanıb.
2019-ci ildən paytaxt klubunda çıxış edən kot d İvuarlı oyunçu ötən həftə koronavirusa yoluxub. 2021/2022 mövsümünü icarə əsasında Netaniya "Makkabi"sində keçirib və 29 oyuna 5 qol vurub.
Qeyd edək ki, "Zirə"nin "Makkabi"yə qarşı ilk oyunu iyulun 21-də Bakıda olacaq. "Dalğa Arena"dakı görüş saat 20:00-da start götürəcək. İyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunacaq cavab qarşılaşması isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.