“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Kadi Borges karyerasını İsraildə davam etdirə bilər. Corner.az İsrail mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Beer-Şeva “Hapoel”inin maraq dairəsindədir.
“Hapoel” hücum xəttini gücləndirmək üçün bir neçə futbolçu ilə danışıq aparır ki, bu transfer siyahısında yer alan futbolçulardan biri də Borgesdir. “Hapoel” rəhbərliyinin Borges üçün “Qarabağ”la danışıq apardığı da vurğulanıb. İsrail mətbuatının iddiasına görə, “Hapoel” Kadi üçün 400 min avroluq təklif göndərib.
Kadi Borges ötən mövsüm 12 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub. Onun “Qarabağ”la müqavilə müddəti 2023-cü ilin yayında bitir.