28 oktyabr 2024. Bazar ertəsi

PSJ qapıçısını İngiltərə klubuna satdı


  • Transfer
  • 14:35 28.06.2022
  • Oxunma sayı: 87
PSJ qapıçısını İngiltərə klubuna satdı
Fransalı qapıçı Alfons Areola PSJ klubundan ayırılıb. Corner.az xəbər verir ki, 29 yaşlı qolkiper Paris klubunu İngilrərənin “Vest Hem” klubuna dəyişib.
 
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Areola ötən ilin yayından “Vest Hem”də icarə əsasında çıxış edirdi. Bu yay isə İngiltərə klubu onun transfer hüquqlarını da almağa qərar verib. O, Premyer Liqa klubu ilə 5 illik müqavilə imzalayıb.
 
Areola PSJ-nin öz yetirməsidir. Fransa yığmasında da oynamış qolkiper karyerası ərzində “Lans”, “Bastiya”, “Vilyarreal”, “Real” və “Fulhem” komandalarında da icarədə olub.






Transfer